Fev
22
2010

Fəxri Legion Ordenini yalançı-veterana vermişdilər

Hovard Manoyan

Hovard Manoyan

The Daily Mail-in xəbər verir ki, Amerika hərbi arxivlərinə aparılan araşdırma sübut edib ki, bütün dünyaya qəhrəmanlıq hekayələri ilə məhşur olan 48 yaşlı Hovard Manoyan (Howard Manoian) müttəfiq qvvələrin Normandiyaya düşmələrinin 65 illiyi şərəfinə Fəxri Legion Ordenini ilə təltif edilmişdir, amma bu əməliyyatda iştirak etməyib, yaralanmayıb və heçbir qəhrəmanlıq göstərməyib.
Manoyan 1944-cü ilin yayının canlı, bədii surətdə təsvir etməklə on il ərzində çoxsaylı müsahibələrin və sənədli filmlərin qəhəmanı olub. Veteran özünü desant kimi qələmə verir, və iddia edirdi ki, o Sent-Mer-Eqliz şəhəri yaxınlığında havadan desantların çıxarılması əməliyyatında iştirak edib. Öz “əfsanəsi” əsasında, o, olduqca qəhramancasına şəraitdə əli və ayağlarından yaralanmışdır.
Pensiyaya çıxdıqdan sonra, amerikalı Fransaya köçüb, orada özünə ev alıb və yerli qəhrəman-veteran olub. Onun fotoşəkilləri və qəhrəmanlıqlarının nəqlləri muzeylərdə olub, Manoyan özü çoxsalı publikasiyalar və sənədli filmlərin qəhrəmanı olub.
Manoyanın dedikləri uydurma olduğu aşkarlanıb. O, heçvaxt ABŞ-ın 82-ci hava-desant deviziyasında qulluq etməyib. Müharibə vaxtı Maoyanı kimyavi mühafizə bölməsinə, yenidən toplanmada isə Şimali Fransaya göndrilmiş və orada əsgərlərin duş təminatı ilə məşğul olubmuş. Müharibə bitdikdən sonra isə o ABŞ-a qayıdır və polis işçisi olur.
Jurnalistlər Manoyanla, onun “özünü pis hiss etmə” səbəbi ilə Fransadan ABŞ-a təcili uçmasından əlaqə saxlaya bilmədilər. Hökümət məmutları bildiriblər ki, o, ən aşağısı Fəxri Legion Ordeninindən məhrum olunacaq. Yalançının fotoşəkilləri və onun hekayələri muzeylərdən silinəcək.

Mənbəə: The Daily Mail

No Comments

Comments are closed.

RSS feed for comments on this post.



Этот сайт приносит прибыль с помощью Бегуна

Copyright © 2009 by Rashid Aliyev.

Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button