Orfoqrafik xətaya görə iflasa uğrayan qəsd
Ölkənin Müfafiə Naziri Xuan Manueli öldürməyə cəhd göstərən Kolumbiya üsyançıları əməliyyatı iflasa uğratmağla qalmayaraq, savadsızlıqdada ittiham olundular. Kolumbia İnqlab Silahlı Qüvvələri döyüşçüləri (KİSQ) xüsusi rəngləniş və polis kimi maskalanmış motosikllərin üzərindəki “Polis” sözündə orfoqrafik xəta buraxmışdılar.
Qiyamçılar nazirin ölümünü, hərəkatlarının yaranmasının 45 illiyinə həsr etmək istəyində idilər. The Daily Telegraph qəzetinin yazdığına görə, əməliyyatın hazırlanmasında KİSQ-in “xüsusi tağım”ından 10 döyüşçü iştirak edirdi. Nəticədə bütün teroristlər həbs olunmuşdu. Bu haqda şəxsən Kolumbia prezidenti Alvaro Uribe özü xəbər verimişdi.
Üsyançılar öz liderlərindən biri olan Raul Reyesanın ölümünün qisasınl almaq istəyirlər. O keçən il martda qonşu Ekvadorda Kolumbiya HHQ-i tərəfindən aparılan hava zərbələri zamanı həlak olub. Hücum əmrini şəxsən müdafiə naziri özü vermişdi.
Əgər Uribe yeni müddətə seçilməyə namizədlik verəyəsə, Xuan Manuel Santos 2010-cu ilin prezident seçkilərinin favoriti ola bilər. İndiki prezidentin konstitusiyaya dəyişikliklər edib yenbidən seçilməsidə mümkündür. Santos qalib gələrsə, ABŞ-la sıx əlaqələr quracağına və partizanlarla mübarizəyə başlayacağına söz verir.
KİSQ – 1964-cü ildən dövlətlə vuruşan sol-radikal üsyançı dəsdədir. Onlar Yeni Kolumbia yaradılmasına, sosial ədalət və bərabərlik uğrunda vuruşurlar. Qiymətlərə görə üsyançı ordu spn vaxtlar gözə çarpan qədər azalıb və indi onların sayı 8 min nəfərdir.
KİSQ – əsasən kokain satışı əsasında ayaqda durur və dövlətin yarısına nəzarət edir. Kolumbiya çox illərdir ki, kokanın ən böyük istehsalçısı kimi dünyada birinci yerdə durur. Ölkənin prezdenti Alvaro Ubire, 2002-ci ildə hakimiyyətə gəlmiş, konfliktin həllinin silah qüvvəsi ilə həll etmək üsulunu seçmiş və ekstremistlərə “barışıqsız müharibə” elan edib.
No Comments
RSS feed for comments on this post.
eMail
Vətən.im


